Nyu-Yorkdakı "Maria Bonita Salon & Spa" gözəllik salonu sürətlə populyarlaşmaqdadır. Burada qadınların saçlarının uclarının qırılması və seyrəlməsinə qarşı yeni metodika qismində dünyada ilk dəfə olaraq "şamla yandırılma" üsulu tətbiq olunur.
Salona yollanaraq belə innovativ "velaterapiya" adlı metoddan yararlananlar arasında "Victoria's Secret" brendinin məşhur supermodelləri Barbara Fialo, Alessandra Ambrosio və İzabeli Fontana da var.
Milli.Az TMZ-yə istinadən bildirir ki, velaterapiya zamanı saç burulur, ona azacıq kondisioner-gel vurulur, sonra isə burulmuş saç boyunca ahəstə şəkildə şam alovu "sürüşdürülür". Məqsəd saçların ucunun qırılmasının qarşısını almaqdır.
Saç qırılanda xanımlar hazırda ənənəvi sayılan metoddan istifadə edir, saçın ucunu kəsdirirlər. Velaterapiya zamanı saçın ucunun kəsilməsinə lüzum yoxdur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.