Məşhur modellər Braziliyanı dəstəklədilər - FOTOSESSİYA

24 İyun 2014 15:30

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında dünən ev sahibləri Kamerun yığması ilə qarşılaşıblar. Braziliyalıların rəqiblərini 4:1 hesabla məğlub etdiyi matçda komandanı tribunalarda dəstəkləyən on minlərlə futbol fanatı arasında "Victoria's Secret" brendinin məşhur supermodelləri, braziliyalı Jizel BundhenAlessandra Ambrosio da vardı.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, tribunada "Brazil's Next Top Model" moda şousunun aparıcısı Fernanda Motta da görünüb.
 

33 yaşlı Alessandra Ambrosionun dediyinə görə, fanatik futbol pərəstişkarıdır və təbii ki, vətəni Braziliyanın yığmasına azarkeşlik edir.
 

Məşhur modellər Braziliya-Kamerun matçının oynandığı "Estadio Nacional" arenasında fotolar çəkdirərərk İnstagram və Twitter-dəki profillərində yayıblar.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.