Pəhləvanlarımız İstanbuldan 15 medalla qayıdır
15 Fevral 2010 14:06
Milli.Az-ın Güləş Federasiyasına istinadən verdiyi xəbərə görə, 24 ölkədən 300-ə yaxın pəhləvanın qatıldığı turnirdə Azərbaycan güləşçiləri ümumilikdə 15 medal qazanıb. Bunlardan 8-i qızıl, 4-ü gümüş, 3-ü bürünc olub.
Həm sərbəst (4 qızıl, 2 gümüş və 1 bürünc), həm də qadın güləşi üzrə (4 qızıl, 2 gümüş, 2 bürünc) yığmalarımız komanda hesabında turnirin ən güclüsü olublar.
Qızıl medallardan dördünü, gümüş və bürünc medallardan ikisini qadınlar qazanıb.
Qızıl medal:
Mahmud Maqomedov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq); Sona Əhmədli (59 kq), Olesya Zamula (63 kq), Nadejda Sementsova (67 kq), Dina İvanova (72 kq);
Gümüş medal:
Emin Əzizov (66 kq), Toxtar Temrezov (120 kq); Katerina Dombrovskaya (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq);
Bürünc medal:
Çamsulvara Çamsulvarayev (74 kq); Nadiya Qradyuk (55 kq), Gözəl Zutova (63 kq);
Yuliya Radkeviç (59 kq), Ağahüseyn Mustafayev (60 kq) və Aslan Dzebisov (120 kq) isə 5-ci yerlə kifayətləniblər.
Milli.Az