Yeni HTC Nexus buraxılacaq

23 İyun 2014 22:13
Android Policein məlumatına görə, Tayvanın HTC şirkəti Googleun sifarişi üzrə 9 düymlük Nexus planşetinin yeni versiyasını istehsal edəcək. Qurğunun bu ilin dördüncü rübündə çıxarılacağı gözlənilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni Nexus planşeti Nvidia Tegra K1 prosessorlarının 64 bitlik versiyası ilə işləyəcək. Planşet 2048x1440 təsvir ölçülü 8.9 düymlük ekran, 64 bit Nvidia Logan prosessoru, 2 QB əməli yaddaş və 16/32 QB daimi yaddaşla təchiz ediləcək. Həmçinin 8 və 3 meqapiksellik kameralar olacaq.

Qeyd edək ki, planşet monolit alüminium korpusda hazırlanmalı və stereodinamiklərlə təchiz edilməlidir. LTE versiyanın çəkisi 427 qr, adi versiyada isə 418 qr təşkil edəcək.

Android Policein məlumatına əsasən, 16 QB-lıq versiyanın qiyməti 400 dollar, 32 QB-lıq versiyanın isə 500 dollar təşkil edəcək.

Milli.Az