İlk iPhone 15 min dollara satılır

23 İyun 2014 23:12
eBay internet hərracında tez-tez nadir əşyalar yerləşdirilir, həmçinin Apple şirkətinin müxtəlif məhsullarını tapmaq olar. Qiymət bir neçə yüzdən bir neçə min dollaradək ola bilər. Məsələn, 2013-cü ilin dekabrında birinci nəsil iPhone smartfonunun nadir mühəndislik prototipi 1500 dollara satılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, amma bu dəfə birinci nəsil iPhone modelindən söhbət gedir, cihazın əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, cihaz yenidir və orijinal qablaşdırmadadır.

Bu şansı əlinizdən qaçırtmayın - satıcı öz hərracını belə reklam edir və cihaz üçün 15 min dollar ödəmək lazımdır.

Milli.Az