Şərhlər üçün açıq platforma yaradılır

23 İyun 2014 23:53
The New York Times və The Washington Post kimi iki iri Amerika nəşri məşhur Firefox brauzerinin yaradıcısı olan Mozilla ilə səylərini birləşdirərək istənilən yerdə istifadəsi mümkün olan yeni open-source şərh platforması yaradıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bir çox KİV-in oxucuları nəşrlərin saytlarındakı materialları o qədər də həvəslə şərh etmirlər. Bunun səbəbləri qeydiyyat sisteminin narahatlığı və müvafiq onlayn meydançalarda məlumatların dərc edilməsi, konstruktiv diskussiyaları provokasiyalı şərhlərlə məhv edən trolların yayılmasındadır.

Tərtibatçıların sözlərinə əsasən, yeni platforma KİV oxucularının fikirlərinin dərc edilməsi meydançasıdır. Bununla istifadəçilər orada məqalələrə, təsvirlərə və digər media materiallarına müxtəlif istinadlar yerləşdirə bilərlər. Bu arada nəzərdə tutulur ki, oxucular tərəfindən dərc edilən kontent jurnalistlər tərəfindən diskussiyalar üçün və ya yeni məqalələrin əsası kimi istifadə edilə bilər.

Amma bu layihə ilə maraqlananlar səbir etməlidirlər. Çünki layihənin həyata keçirilməsi iki il üçün nəzərdə tutulub.

Milli.Az