"Bank of Baku"-dan yenilənmiş virtual kart: banka gəlmədən 24/7 rejimində əldə edin!

23 İyun 2014 17:47

"Bank of Baku" internet saytlarda təhlükəsiz alış-veriş üçün yeni xidmət növünü təqdim edir - əvvəlcədən ödənilmiş virtual kart.
 

Əvvəlcədən ödənilmiş virtual kart - material daşıyıcısı olmayan, lakin VİSA və MasterCard ödəmə sistemlərinin keçərli olduğu internet saytlarında alış-veriş kartıdır.
 

Virtual kartı əldə etmək üçün banka baş çəkib debet kart almağa və heç bir sənədin doldurulmasına ehtiyac yoxdur.
 

Virtual kartı istənilən vaxt "Bank of Baku"-nun ödəniş terminalları vasitəsi ilə əldə oluna bilər. Müştəri, sadəcə olaraq, mobil telefon nömrəsini və yerləşdirəcəyi məbləği terminalın monitoruna daxil edir.
 

Əvvəlcədən ödənilmiş virtual kart:
 

- Müddət: 3 ay
 

- Komissiya: 3 AZN
 

- Maksimal məbləg:150 AZN(komissiya xaric)
 

Əməliyyatın sonunda kart rekvizitlərinin bir hissəsi müştəriyə çekdə təqdim olunur, digər hissəsi isə müştərinin qeyd etdiyi mobil telefonuna SMS-lə daxil olur.
 

Virtual kartın sahibi internetdə alış-veriş edərkən aşağıdakı məlumatı daxil etməlidir:
 

- Çekdə əks olunmuş 16 rəqəmli kodu
 

- SMS-lə daxil olmuş 3 rəqəmli CVV kodu və kartın bitmə tarixi
 

Virtual kartı ilə əməliyyatlar kifayət qədər rahat, təhlükəsiz və sadədir.
 

"Bank of Baku"-nun ödəniş terminallarının ünvanları burada:
http://www.bankofbaku.com/az/filials-and-atms/terminals/
 

Daha ətraflı:
 

145 Məlumat Mərkəzi
 

www.facebook.com/bankofbaku
 

www.bankofbaku.com

Bank of Baku