Türk serial ulduzu: "Kökəlmək üçün ağlayırdım" - FOTO

24 İyun 2014 14:15

"O hayat benim" teleserialında baş rollardan birində oynayan aktrisa Ceren Moray Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) MBC4 telekanalındakı "Türki Extra" proqramına müsabihəsində maraqlı məqamlardan bəhs edib.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, 10 ildən bəri vegetarian olduğunu vurğulayan aktrisanın sözlərinə görə, "Kavak yelleri" teleserialının son mövsümündə həddən artıq arıqlamış, çəkisi 39 kiloqrama düşmüşdü.
 

"Əynimə heç bir paltarım olmurdu deyə ağlayırdım. Həkimə getdim, kökəlmək üçün çox yeməyə başladım. Yatmazdan əvvəl xəmir xörəkləri, ət qızartması yeyirdim. Kökəldim, indiki çəkimə çatdım", - aktrisa deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.