Müğənni İlahə İbadovanın həyat yoldaşı: "O, məni döydürmək istəmişdi"

27 Noyabr 2010 14:51
Trend.Life-ın məlumatına görə, xanəndə xanım məsələ ilə bağlı Abşeron rayon məhkəməsinə ərizə ilə müraciət edib. Onların ayrılmasına səbəb kimi isə Mirsaleh Əliyevin tüfeyli həyat tərzi keçirməsi, tez-tez xanımınə və azyaşlı qızı Ayanı döyməsi göstərilir.
İ.İbadovanın sözlərinə görə, həyat yoldaşının efirdə onun haqqında xoşagəlməz ifadələr işlətməsi onun səbr kasasını doldurub: "Özünə azacıq hörmət edən kişi, heç bir zaman efirdə xanımının adını tutmaz. Hətta həyat yoldaşı pis olsa belə..."

Mirsaleh Əliyev də susmayıb. O, həyat yoldaşı İlahə İbadovanı yalan danışmaqda ittiham edib: "İlahə deyir ki, hamilə olanda onu çox döymüşəm. Bu, yalandır. Üstəlik, övladım anadan olandan sonra körpə uşağımı necə döyə bilərəm? İlahənin əmisi qızları onu rahat yaşamağa imkan vermirdilər. Qızlar onu şantaj edirdilər, şərləyirdilər ki, başqa kişilərlə telefonla danışdığını ərinə deyəcəyik! Halbuki, evimizə gələn bütün zənglərə mən cavab verirdim. Mən Murad Arifin verilişinə çıxandan sonra o, arxamca idmançılar göndərib məni döydürmək istəyirdi. İlahə elə etdi ki, hətta məni çalışdığım restorandan uzaqlaşdırdılar. İlahə 10 gün əvvəl məni polisə vermişdi. Guya mən onu döymüşəm, təhqir etmişəm. Mən də gedib, izahat verdim. Müstəntiq isə ona dedi ki, əgər döyülmüsənsə tibbi ekspertizanın rəyini gətir. Artıq səkkiz aydır ki, biz ayrı yaşayırıq. Bu müddət ərzində biz cəmi-cümlətani 10 dəfə görüşmüşük. Mən kişiyəm. Qoy İlahə boşanma ilə bağlı məhkməyə müraciət etsin".

Milli.Az