"İndi ölü olan İngiltərə, Uruqvay və İtaliyadır"
21 İyun 2014 13:50
Kosta-Rika millisinin futbolçusu Bryan Ruiz DÇ-2014-ün D qrupunda İtaliyaya qalib (1:0) gəldikləri oyundan sonra açıqlama verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Sky Sport"a danışan matçda yeganə qolun müəllifi deyib ki, heç kəs onların qrupdan çıxacağına inanmırdı:
"Qrupun favoritlərindən hesab olunmurduq. Çünki "ölüm qrupu"ndaydıq. İndi ölü olan İngiltərə, Uruqvay və İtaliyadır. Biz artıq növbəti mərhələyə vəsiqəni təmin etmişik".
Görüşün onlar üçün çox çətin keçdiyini söyləyən B.Ruiz vurduğu qolu ailəsinə həsr edib:
"Dünya çempionatında qol vurduğum üçün xoşbəxtəm. Hər zaman bunu arzulamışam".
Qeyd edək ki, ilk matçda Uruqvaya 3:1 hesabı ilə qalib gələn Kosta Riko ikinci görüşdə də İtaliyanı məğlub edərək 1/8 finala yüksəlib.
Milli.Az