Milli.Az auto.az-a istinadən bildirir ki, hal-hazırda ən güclü versiya olan "2-Series"-ə banın aerodinamik asmasının karbon hissələri və daxili dekorativ aksesuarlar dəsti əlavə olunub. Bu avtomobilin texniki tamamlamaya ehtiyaci yoxdur. "3D Design" mütəxəssisləri belə fikirləşib hər hansi dəyişikliklər etmədilər.
Alman sportkarı qabaq bamperin aşağı hissəsində karbon splitter, yük yerinin qapağında karbondan hazırlanmış ensiz spoyler və arxa bamperdə diffuzorla təchiz olunub.
Konkret avomobilin daha cəlbedici olması üçün onun parlaq ağ banına təzad olaraq tonlaşdırılmış şüşələr, arxa görünüş güzgülərinin qara korpusları, qabaq qanadlarda "3D Design" loqotipləri, göy əyləc supportları və qara cilalı milləri və polad rəngində cilalı çərçivələrdən istifadə edilib.
Yapon tüninq ustaları daxildə sürət qutusu üçün karbon dəstə və bəzi başqa detallar quraşdırıblar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.