Gələcək nəsil Megane Trophy - FOTO

21 İyun 2014 21:24
Remault şirkəti öz yeni Sport Trophy sportkarını avqustun 27-də başlayacaq və 10 gün davam edəcək Moskva avtosalonunda nümayiş etdirməyi qərara alıb. Renault Sport Trophy yarış avtomobili şirkətin tarixində ilk dəfə ön ötürməli avtomobillərin dünya birinciliyində iştirak etmək üçün ərsəyə gətirilib. Eyni zamanda yeni nəsil Megane Trophy heçbekin də bu avtomobilin bazasında hazırlanacağı gözlənilir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yarış avtomobili praktik olaraq karbondan düzəldilib və Nismo şirkətinin layihəsi olan 500 at güclü 3,7 litrlik mühərriklə təchiz edilib. Arxada yerləşən bu mühərriklə yanaşı avtomobildə Sadev sekvental transmissiyası və Michelin firmasından eksklüziv şinlər quraşdırılıb.

Yeni nəsil Sport Trophy öz xələfindən bir baş yuxarıdır. Yarış avtomobilinin bundan əvvəlki versiyası 360 a.g. hasil edən 3,5 litrlik V6 ilə təchiz edilmişdi. Model yarıavtomat ötürücü qutuya sahib idi.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.