Ən keyfiyyətli avtomobillər - REYTİNQ - FOTO

21 İyun 2014 19:00
Amerikanın J.D. Power and Associates şirkəti 86 min sürücü arasında keçirdiyi rəy sorğusu əsasında tərtib etdiyi 2014-cü ilin ən keyfiyyətli avtomobillərinin növbəti reytinq cədvəlini dərc edib. Maşın sahibləri ilk 90 gün ərzində üzləşdikləri bütün nasazlıqlar haqqında məlumat veriblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, ən böyük dəyişiklik Hyundai-ın keçən ilki 10-cu yerdən indi 4-cü yerə sıçramasıdır. Bununla o hətta gözlənilmədən dördüncü yerə yuvarlanmış "Toyota" şirkətini belə ötüb keçib.

Liderliyi Porsche artıq ardıcıl ikinci ildir ki, əldən vermir. Satılmış hər Porsche maşınına görə nasazlıq və şikayətlərin sayı 80-dən 76-ya enib. İkinci yerdə Jaguar (87 nasazlıq), üçüncü isə 2012-ci ildə birinci olmuş Lexus şirkətidir 92 nasazlıq).

Cədvəldə ən axırıncı yeri və beləliklə ən keyfiyyətsiz məhsul istehsalçısı adını Fiat (206 nasazlıq) qazanıb.

"100 avtomobilə düşən nasazlıq sayı" reytinqi
 

Porsche 74

Jaguar 87

Lexus 92

Hyundai 94

Toyota 105

Chevrolet 106

Kia 106

BMW 108

Honda 108

Lincoln 109

Audi 111

Chrysler 111

Cadillac 115

Mercedes-Benz 115

Volvo 115

Ford 116

GMC 116

Ram 116

Buick 120

Nissan 120

Dodge 124

Land Rover 127

Infiniti 128

Volkswagen 128

Acura 131

Mini 133

Subaru 138

Mazda 139

Scion 140

Mitsubishi 145

Jeep 146

Fiat 206

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.