Yollarımızda gizli radarların quraşdırılması, yol polislərinin ağac arxasında gizlənib xidmət aparması barədə dəfələrlə deyilsə də, yazılsa da, proses davam edir. Bu dəfə avtosfer.az-a göndərilən videomateralda "Niva" markalı avtomobildə gizlin radar quraşdıran mülki şəxsin özü vətəndaşın "radarına düşüb". 10 YP 791 dövlət nömrə nişanlı avtomobildə quraşdırılan radarlara başı qarışan mülki şəxs bir də o zaman ayılır ki, onun özünü çəkirlər. Onu kameraya çəkən şəxsə əsəbləşərək qovmaq istəsə də, vətəndaş ondan əl çəkmir. Vətəndaşın "burada nə iş görürsən" sualına isə heç bir cavab vermir. Sadəcə, "get buradan" deməklə kifayətlənir.Bu işə kənar adamı cəlb etmək qanun pozuntusudur