Şəmkirdə kişi su quyusunda öldü

1 Noyabr 2014 20:30

Şəmkirin Çinarlı qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
 

Milli.Az Kepez TV-yə istinadən bildirir ki, Zirəddin İsmayılova məxsus həyətyanı sahədəki quyunu təmizləyən Samux rayon Alabaşlı kənd sakini, 54 yaşlı Vidadi Bayramov ipin qırılması nəticəsində 30 m hündürlüyündəki quyuya düşüb. O, aldığı xəsarətlərdən elə yerində keçinib.

Şəmkir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən xilasediciləri xüsusi alət və avadanlıqlarla cəsədi quyudan çıxararaq aidiyyatı üzrə təhvil verib.
 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az