Bağdadda partlayış, 20 ölü

1 Noyabr 2014 22:59
İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında törədilmiş bir neçə partlayış nəticəsində azı 24 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, BMT-nin Bağdaddakı missiyasının bu gün yayılmış bəyanatında oktyabr ayı ərzində İraqda törədilmiş terror aktları nəticəsində 1200 nəfərdən çox insanın öldüyü qeyd olunub.

Bəyanata əsasən, ölkənin ən təhlükəli şəhəri məhz paytaxt Bağdad hesab olunub. BMT nümayəndələri Bağdadda ay ərzində 379 dinc sakinin ölüm faktını qeydə alıblar.
 

Milli.Az