"Çelsi" və "Arsenal" qalib gəldi - FOTO

1 Noyabr 2014 21:16
"Çelsi" və "Arsenal" qalib gəldi, "Liverpul" uduzdu

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları start verilib.

Milli.Az qol.az-a istinadən bildirir ki, ilk matç günündə 7 görüş keçirilib.

"Liverpul" səfərdə "Nyukasl"ın qonağı olub və minimal hesabla uduzub - 0:1.

Çempionatın lideri isə "Çelsi" doğma meydanda QPR-i qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə "Çelsi" liderliyi qoruyub.

Turun digər oyununda "Arsenal" və "Börnli" komandaları qarşılaşıb. London klubu rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

1 noyabr 

İngiltərə Premyer Liqası, 10-cu tur

"Nyukasl" - "Liverpul" - 1:0

Qol: Peres, 73 (1:0)

"Arsenal" - "Börnli" - 3:0

Qollar: Sançes, 70 (1:0), Çeymbers, 72 (2:0), Sançes, 90+1 (3:0)

"Çelsi" - QPR - 2:1

Qollar: Oskar, 32 (1:0), Austin, 62 (1:1), Hazard, 76-pen (2:1)

"Everton" - "Suonsi" - 0:0

"Hall Siti" - "Sauthempton" - 0:1

Qol: Vanyama, 3 (0:1)

"Leyçester" - "Vest Bromviç" - 0:1

Qol: Kambyasso, 47-avtoqol (0:1)

"Stok Siti" - "Vest Hem" - 2:2

Qollar: Moses, 33 (1:0), Dyouf, 56 (2:0), Valensiya, 60 (2:1), Douning, 73 (2:2)

2 noyabr

"Mançester Siti" - "Mançester Yunayted"

"Aston Villa" - "Tottenhem"

4 noyabr
 

"Kristal Palas" - "Sanderlend".

Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin