Bu şəhəri sel basdı - FOTO

20 İyun 2014 14:34

Bolqarıstanın Varna şəhərində güclü leysan yağışları sel və daşqınlara səbəb olub.
 

Şəhər meri İvan Portnixin dediyinə görə, seldə 10 nəfər həlak olub. Asparuhovo səmtinin aşağı məhəllələrində sel suları yüzlərlə avtomobilə böyük zərər verib, onlarla ev su altında qalıb.
 

Milli.Az European-a istinadən bildirir ki, Bolqarıstan baş nazirinin müavini və DİN başçısı Tsvetin Yovçev şəhərə yollanaraq xilasetmə işlərinə rəhbərlik edib.
 

Sinoptiklərin dediklərinə görə, yağışlar səngimədiyindən Varnanı ikinci sel dalğası vura bilər.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.