Ukrayna ordusu 300 separatçını məhv etdi - YENİLƏNİB

20 İyun 2014 12:50
12:50

Ukraynanın Donetsk vilayətinin Yampol və Zakotnoye yaşayış məntəqələrində aparılan antiterror əməliyyatlar zamanı 7 Ukrayna hərbçisi ölüb, daha 30-u yaralanıb. Trend-in "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə hadisə yerindən antiterror əməliyyatlarının xüsusi nümayəndəsi Vladislav Seleznyov öz "facebook" səhifəsində yazıb.

O yazır ki, Ukrayna hərbçilərinin itkisi 7 hərbçi və 30 yaralıdır. Hərbi əməliyyatlar davam edir.

V.Seleznyov onu da bildirib ki, hökumət qüvvələri Donetsk vilayətinin Yampol və Zakotnoye yaşayış məntəqələrində 300-ə yaxın yaraqlını məhv ediblər: "Ötən gün ərzində vilayətin Yampol və Zakotnoye yaşayış məntəqələrində 300-ə yaxın yaraqlı məhv edilib. Belə "məhsuldarlıq" Ukrayna Silahlı Qüvvələrinin bölmələri, Ukrayna Milli Qvardiyası və digər güc strukturları arasında dəqiq təşkil edilmiş qarşılıqlı fəaliyyət nəticəsində əldə olunub. Ukrayna güc strukturları qüvvələrinin hərəkətlərinin aniliyi, artilleriyanın hədəf atəşi, dəqiq aviazərbələr antiterror əməliyyatı iştirakçılarının hərəkətlərinin effektivliyini təmin edir".

----------
11:56

Ukraynanın Donetsk vilayətinin Yampol və Zakotnoye yaşayış məntəqələrindəki döyüşlərdə 300 separatçı məhv edilib. Milli.Az xəbər verir ki, bu barədə UNİAN agentliyi Ukrayna güc strukturlarının nümayəndəsi Vladislav Seleznyova istinadən məlumat yayıb.

Yampol uğrunda döyüşlər iyunun 19-da bütün gün davam edib. Ordu ozüyeriyən qaubitsa və minomyotlardan, tanklardan, qırıcı təyyarələrdən və helikopterlərdən istifadə edib. Hər iki tərəfdən ölənlər var. Ukrayna ordusunda ölənlərin sayı 4 nəfərdir.

Üsyançılar isə ölənlərin sayı barədə rəqəmlərin şişirdildiyini deyirlər.

Milli.Az