Bu barədə Trend-ə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Zahid Oruc iyun ayının 15-18-i tarixlərində Bakıda keçirilən NATO PA-nın növbəti "Rouz-Rout" seminarında Azərbaycanın Ermənistanın NATO PA-dan çıxarılması ilə bağlı təklifini şərh edərkən deyib."Ermənistan nümayəndə heyətinin işğalçı olmaq azmış kimi, hələ müxtəlif tədbirlərdə bunu sübuta yetirməyə çalışmaları, tolerantlıqdan çox uzaq olmaları, mədəni diskussiyalara yarımamaları, səngərdə erməni kimdirsə, masa arxasında da eyni mahiyyətli bir şəkildə fəaliyyət göstərmələri NATO Parlament Assambleyasına, onun rəhbərliyinə qarşı son dərəcə hörmətsizlikdir, həm də onun prinsip və dəyərlərini əngəlləməkdir"