Bakıda sevdiyi qızdan yox cavabı alan gənc onun evinə od vurdu - FOTO

19 İyun 2014 16:46

Lökbatanda oğlan sevdiyi qızın evini yandırıb

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir sakini Röyal Fətəliyev Lökbatan sakini Vüsalə Məmmədova adlı qızı sevib. Qız isə ona "yox" cavabı verib.  Gənc aşiq isə bu cavabdan əsəbiləşərək Vüsaləgilin evini yandırıb.

Qeyd edək ki, Qaradağ rayon Polis İdarəsi əməliyyat keçirərək Röyal Fətəliyevi həbs edib.

Maraqlıdır ki, Röyal ifadəsində bildirib ki, Vüsalə ona qismət olmadısa, ölsə yaxşıdır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.