İquasu şəlaləsində - FOTOSESSİYA
24 İyun 2014 00:03
Yerli dialektdən tərcümədə İquasu şəlaləsinin adı "Böyük su" kimi tərcümə olunur. Şəlalə Parana Braziliya ştatının sərhədi ilə Misones-in Arqentina əyaləti arasında yerləşir. Yerli əfsanəyə görə Allah Naipi adında gənc və gözəl qıza aşiq olur, ancaq qız ona qarşılıqlı cavab vermir. Qız ondan aşağı çay üzrə üzüb Taroba adlı öz sevdiyinin yanına gedir. Qəzəbdən Allah çaya zərbə vurdu və şəlalələri yaratdı. Naipi və Taroba isə ömürlük şəlaləyə düşərək həlak oldular.
Şəlalənin kənarları, demək olar ki, 3 kilometr uzunluq təşkil edir və çoxsaylı adacıqları da var.
Bu adacıqlar çoxlu böyük ayrı şəlalə yaradır və hamısı 60 metr hündürlükdə yerləşirlər.
İquasu şəlalələri Cənubi Amerikada turistlər tərəfindən ən çox baş çəkilən yerlərdən biridir. Hər il burada 1,5-2 milyon ziyarətçi olur.
Milli.Az Rusiya mətbuatına istinadən İquasu şəlaləsinin maraqlı görüntülərini təqdim edir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.









