Milli.Az 4charx.com-a istinadən bildirir ki, internetə yerləşdirilmiş şəkillərdə avtomobil örtük altında olsa da yenilənmiş radiator barmaqlığı, görünüşü dəyişdirilmiş bamper, xromla işlənmiş duman əleyhinə fənərlər və qeyri-standart dizaynlı yeni təkər diskləri dərhal gözə çarpır.
Qeyri-rəsmi məlumatlara görə avtomobil HondaLink məlumat-əyləncə sistemi və təkmilləşdirilmiş naviqasiya əldə edib. Həmçinin yolsuzluq avtomobili Apple şirkəti ilə birgə hazırlanmış yeni CarPlay iOS sistemi ilə də təchiz edilə bilər.
Yapon şirkətində deyildiyi kimi yeni yolsuzluq avtomobili Mazda CX-5, Toyota RAV4, Jeep Cherokee, Ford Escape və Nissan Rogue ilə rəqabət aparmalıdır. Avtomobilin minimal komplektasiyada qiyməti $21000 olmalıdır.
Milli.Az