Tanış olun: Peugeot 508 - FOTO
19 İyun 2014 20:38
Peugeot yenilənmiş 508 modelini təqdim edib. Maşının kuzovunun ön və arxa hissələrində dəyiçikliklər edilib. Avtomobilin yeni kapotu, bamperləri, işıq texnikası və radiator barmaqlığı markanın hazırkı stilinə uyğundur. Faralar və hərəkət işıqları işıqdiod işıqları ilə təchiz edilib. Milli.Az 4charx.com-a istinadən bildirir ki, interyerdə mərkəzi lövhə yenilənib - idarəetmə funksiyaları 7 düymlük sensor ekrana köçürülüb, düymələrin sayı azaldılıb. Multimedia sistemi, servis və komfort funksiyaları yenilənib.
Avtomobilin ictimai premyerası bu ilin avqustunda Moskva beynəlxalq avtosalonunda keçiriləcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.