Aqressiv, aerodinamik asmalı Mercedes S63 - FOTO

19 İyun 2014 21:37
"VITT Squalo" yapon şirkəti idman üslubunda olan təmsilçi sedan "Mercedes-Benz S63 AMG"-nin yeni nəsili üçün banın aerodinamikasını yaxshılaşdıran və avtomobilin eksteryerinə unikallıq əlavə edən aqressiv bodi-kit hazırladı. 

Milli.Az auto.az-a istinadən bildirir ki, karbon lifi ilə armaturlaşdırılmış plastik kütlədən hazırlanmış asma 650 000 yaxud 4 700 avro qiymətləndiriləcək və böyük diametrli təkərlər və digər aksesuarlarla tamamlana biləcək. 

Bu paketin Avropa bazarında əlverişli olub olmaması məlum deyil. "Mercedes S63 AMG" vertikal diodlu hərəkət işıqları, hava çıxışlarında böyük dəlikləri və aşağı hissədə splitteri, yan ətəkləri əldə etdi. 

Həmcinin yük yerinin qapağında spoyleri olan yeni qabaq bamper və orijinal formalı qazçıxma sisteminin ucluqları yerləşən və birləşdirilmiş diffuzoru olan tamamilə fərqli arxa bamper əldə etdi. 

Asiya tünerləri möhtəşəm sedanın şüşələrini tonlaşdırdılar, kontrast qara aksentlər əlavə etdilər və standart təkərləri aşağı profilli şinlərə "bürünmüş" çoxmilli ikirəglli disklərlə dəyişdilər. 

Avtomobilin texniki içliynə gəldikdə isə, o bu dəfə tamamlanmadı.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.