Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət qulluqçusunun vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevə, Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynova, Samux RTŞ-ın baş mühasibi Ərəmxan Məmmədova töhmət verilib.Təhsil naziri Mikayıl Cabbarovun Goranboy rayonunda keçirilmiş qəbulu zamanı təhsil müəssisələrinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı daxil olmuş bir sıra müraciət operativ araşdırılıb və müvafiq tədbirlər görülüb