Avtobusda İblis rəqəmi yazıldı - FOTO

19 İyun 2014 10:22

Belarusda sərnişin avtobusu böyük sığını vurub.
 

Yola çıxmış sığını son anda görən sürücü avtobusu yana çəkməyə və ya dayandırmağa macal tapmayıb. Zərbə nəticəsində sərnişin avtobusunun qabaq şüşəsi darmadağın olub. Bədəninin yarısı salona girən sığın elə oradaca tələf olub.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olayın maraqlı anları sonra başlanıb.
 

Belarus paytaxtı Minskdən Ukraynanın paytaxtı Kiyevə hərəkət edən avtobusun spidometrinə baxan yol polisləri orada 666,6 rəqəminin yazıldığını görüblər. Xristian dinində bu rəqəmi Lüsiferin, yəni İblisin rəqəmi sayırlar.
 

Belarusda indi yola çıxan sığınlar nadir hadisə deyil. Meşələrdə ağacların dibinə düşən və çürüyən meyvələri yeyən sığınlar bu meyvələrdəki fermentasiya prosesi nəticəsində sərxoş olurlar.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.