Renault-dan yeni rekord - VİDEO

18 İyun 2014 21:37
Almaniyadakı məşhur Nyurbürqrinq yarış trasında ön ötürməli avtomobillər üçün rekord yenilənib. İndi Nordşlayfda ən sürətli ön ötürməli maşın 7 dəqiqə 54,3 saniyə nəticə ilə Renault Megane RS 275 Trophy-R heçbekidir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu Seat Leon Cupra heçbekinin keçən yazda göstərdiyi nəticədən 4 saniyə tezdir. Müqayisə üçün - Porsche 918 Spyder superkarı trası 6 dəqiqə 57 saniyəyə keçib.

Renault Megane RS 275 Trophy-R modeli "qaynar" heçbekin növbəti azseriyalı xüsusi versiyasıdır. O 250 nüsxədən ibarət tirajla buraxılacaq və qiyməti təxminən 60 000 dollar olacaq.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.