“Lalə dövrü”nün qəhrəmanı serialdan gedir - FOTOSESSİYA
26 Noyabr 2010 21:19
Milli.Az xəbər portalı "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, ifasına görə tənqid olunan aktrisa serialdan getmək qərarına gəlib. Bundan başqa, serialda Çinar rolunu ifa edən Tolqahan Sayışmanla öpüşmə səhnələri aktrisanın həyatı yoldaşı Mustafa Sandalla aralarında problemlərə səbəb olub. Hazırda serialın rejissoru Şükrü Avşar Emina Sandalı qərarından vaz keçirməyə çalışır. Danışıqların həftənin sonunadək davam edəcəyi bildirilir.
Bəzi iddialara görə, Emina Sandal serialı tərk edəcəyi təqdirdə ssenaridə dəyişiklik ediləcək. Lalə doğuş zamanı ölməlidir.
Milli.Az
















