Gün var, əsrə bərabər: Ötənləri yada salaq
18 İyun 2014 09:16
Milli.Az anspress-ə istinadən iyunun 18-də baş verən əlamətdar hadisələrə nəzər salır.
Miladi: 18 iyun 2014
Hicri: 20 şaban 1435
İlin 169-cu günü
İlin sonuna 196 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.31
Günəş - 06.10
Zöhr - 13.42
Əsr - 18.26
Məğrib - 21.30
İşa - 23.18
1048-ci ildə alim, riyaziyyatçı, filosof, şair Ömər Xəyyam anadan olub.
1815-ci ildə Napoleon Bonapart, Vaterlou döyüşündə İngiltərə və Prussiya ordularına məğlub olub.
1830-cu ildə Fransa Əl-Cəzairi işğal edib.
1900-cü ildə Azərbaycanın xalq artisti Möhsün Sənani anadan olub.
1917 - Xalq artisti, tanınmış bəstəkar Cövdət Hacıyev (1917-1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, xalq musiqisi elementlərinin də yer aldığı altı simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib.
1928-ci ildə pilot Amelia Eirhart təyyarə ilə Atlantik okeanı üzərindən uçan ilk qadın olub.
1942-ci ildə Cənubi Afrika Respublikasının prezidenti Tabo Mbeki anadan olub.
1948-ci ildə BMT İnsan Hüquqları Haqqında Universal Bəyannamə qəbul edib.
1953-cü ildə Misirdə 74 illik İngiltərə mustəmləkəçiliyi sona çatıb və respublika elan edilib.
1964-cü ildə Sədam Hüseynin oğlu Uday Hüseyn dünyaya gəlib.
1974-cü ildə türkiyəli aktyor Kənan İmirzalıoğlu (Miroğlu) anadan olub.
1979-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri Leonid Brejnev və ABŞ prezidenti Cimmi Karter Vyanada strateji silahların azaldılmasına dair müqavilə imzalayıblar.
1988-ci ildə Türkiyə prezidenti Turqut Özal Ankara Atatürk İdman Salonunda Qartal Dəmirağ adlı sui-qəsdçinin silahlı hücumuna məruz qalıb.
1998 - Azərbaycan Respublikasında insan hüquqları sahəsində ilk fundamental sənəd - "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" qəbul olunub. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunur.
2001 - Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, respublikanın bütün idarələrində rəsmi yazışmalar yalnız latın qrafikasında aparılmağa başlanıb. Azərbaycanda latın qrafikasına keçid barədə qərar hələ 1991-ci ilin dekabrında qəbul edilsə də, bu proses çox ləng gedirdi. Fərman bu prosesi birdəfəlik başa çatdırdı və Azərbaycan əlifbasının 62 illik "kiril dövrü" tarixə qovuşdu.
2006-cı ildə Qazaxıstanın ilk süni peyki olan "KazSat" kosmosa çıxarılıb.
Milli.Az