Ueyn Runinin arvadı soyunub dama çıxdı - FOTO

18 İyun 2014 10:16

İngiltərə yığması və "Mançester Yunayted"in ulduzu Ueyn Runi milli komandanın heyətində Braziliyada, futbol üzrə dünya çempionatındadır.

Onun xanımı, 28 yaşlı Kolin Runi də srağagün oğulları Kay Klay, habelə bacıları və valideynləri ilə birlikdə Braziliyaya, Rio-de-Janeyro şəhərinə yollanıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kolin mundialda ərinə dəstək olmaq niyyətindədir.

İngiltərə yığmasının Rio-de-Janeyroda qaldığı "Fasano" otelində yaşayan Kolin Runi dünən bikinidə özünü günə verirdi.

O, otelin damındakı terrasa çıxmışdı. Kolin damda fotolarını çəkib və Twitter-dəki profilində yayıb.
 

Kolin Runi yazıb: "Oğullarımla birlikdə dünyanın yarısını qət edərək ərimin yanına gəlmək əladır. Yalnız bu minvalla daha bir bayrama nail ola bilərik. Ueyni dəstəkləmək üçün buradayıq".
 

Kolin Runinin Braziliyaya 15 çamadanlıq yüklə yollandığı da deyilir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.