Zaur Baxşəliyev: "35 yaşlı kişinin danışdığı sözə bax"

17 İyun 2014 19:08
Milli.Az show.az-a istinadən bildirir ki, "Öz aramızda" verilişinin aparıcısı Zaur Baxşəliyev qonaqlarla söhbət zamanı şəxsi həyatı barədə qısa məlumat verib. Anası ilə eyni evdə yaşadığını söyləyən aparıcı valideyni ilə münasibətindən danışıb.

Mən evdə "şortik"də gəzirəm, həyətə də elə bu formada düşürəm. Lakin mənim anam çox ciddidir. Xoşlamır ki, mən həyətə "şortik"də düşüm. Lakin mən sərbəstliyi xoşlayıram və istəyirəm gözü öyrəşsin ki, mən belə geyinirəm".

Valideyn övlad münasibətlərindən danışan aparıcı qəflətən şəxsi həyatı barədə söhbətini yarımçıq kəsərək "35 yaşlı kişinin danışdığı sözə bax. Biz hələ anamızın əl quzusuyuq. Valideyn daima öz övladını qoruyur" sözlərini əlavə edib.

Milli.Az