"Donetsk Xalq Respublikası"nın liderləri saxlanıldı
17 İyun 2014 17:00
Ukrayna daxili işlər nazirliyi qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) liderlərindən ikisini tutub
Aznews.az-ın məlumatına görə, bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov bildirib.
O deyib ki, əməliyyat zamanı qondarma qurumun liderləri silahlı müqavimət göstərib: "Donetsk vilayətinin Mariupol şəhəri üzrə DXR lideri Qruzdenko Natalya Valentinovna saxlanılıb. Onunla bərabər "DXR" fəalı Şaxaev Aleksandr da olub. Saxlanma zamanı silahlı qarşıdurma olub. Atəş açırdılar və qumbara da atmaq istəyirdilər, lakin çatdırmadılar".
Bundan başqa Ukraynanın antiterror əməliyyatı üzrə sözcüsü Vladislav Seleznyov xəbər verib ki, Luqansk vilayətində hərbi qarşıdurma zamanı 30 terrorçu öldürülüb. Bir ukraynalı hərbçi isə xəsarət alıb. Milli.Az