Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2015-ci ildə 3840 x 2160 piksel təsvir ölçülü UHD televizorların nüfuzetmə səviyyəsi 25%-ə çatacaq, daha iki il sonra belə modellər dünya bazarının 40%-nə sahiblənəcək. Həmçinin gözlənilir ki, 2015-ci ilədək 4K TV-nin orta qiyməti 999 ABŞ dollarından 668 dollaradək azalacaq.
Ultrayüksək dəqiqlikli televizorların populyarlaşması və qiymətinin azalması bu modellərin buraxılışının həcminin artması və televizor istehsalçıları arasında rəqabətlə bağlıdır. Mütəxəssislər həmçinin hesab edirlər ki, 4K content və axın yayımı xidmətlərinin inkişafı ilə əlaqədar daha çox operator ultrayüksək dəqiqlikli formata keçəcək.
Milli.Az