Musiqi ruhun qidası, canın dərmanıdır deyib atalarımız. Xalqımızın musiqi mədəniyyəti hər zaman diqqət mərkəzində olub və yetirdiyi dünya şöhrətli musiqiçilərlə anılıb. Biz də bunu nəzərə alaraq, musiqini tədris edən, istedadlı musiqiçilər yetişdirən məkandan - musiqinin danışdığı ünvandan reportaj hazırlamaq qərarına gəldik. Beləliklə, Azərbaycan Milli Konservatoriyasına yollandıq.Milli Konservatoriyanın prorektoru: "Ağlı yerində olan ifaçı dünyanın ən xoşbəxt insanıdır"