Konseptual hibrid krossover - FOTO

10 Aprel 2015 21:37
Citroen şirkəti Aircross concept konseptual yolsuzluq avtomobilini rəsmi məxvilikdən çıxarıb. Öz qabaritlərinə görə Land Rover Discovery Sport və Hyundai Santa Fe ilə oxşar olan cəsarətli və əcayib dizayna sahib avtomobilin ictimai debütü Şanxay avtosalonunda olacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Citroen Aircross konsepti markanın model sırasında C4 Cactus krossoverindən yuxarıda duracaq tamamilə yeni bir seriya avtomobilinin müjdəçisidir.

Citroen Aircross konsepti orijinal işıq-diod optikası, taybatay açılan qapılar, eksteryer və interyerin tərtibatında bir sıra unikal həllər, unikal arxa dayaq və "hava pərdələri" (hava çəkənlər) əldə edib. Yeri gəlmişkən, fransız şirkətin təmsilçiləri müxtəlif havalanma və aerodinamik elementlərin avtomobilin hərəkət göstəricilərində mühüm rol oynadığını qeyd ediblər.

Konseptual Citroen Aircross yolsuzluq avtomobili 1,6 litrlik benzin mühərriki (218 a.g.) və 95 at güclü elektrik mühərrikindən ibarət hibrid qurğu ilə təchiz edilib. Toplam 313 a.g. avtomobilin 4,5 saniyədə 0-100 km/saat sürətlənməsini təmin edir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.