ABŞ vətəndaşlarından biri offroad tipli avtomobili ilə "North Cascades National Park"a yollanmışdı. Buradakı meşəlikdə çadır qurmağa hazırlaşan adam pərişan olub.
Milli.Az AHT-yə istinadən bildirir ki, güclü külək ağaclardan birini kökündən qoparıb. Ağac maşının üzərinə düşərək avtomobili əzib.
"Olaydan dərhal sonra fövqəladə yardım xəttinə zəng vurdum. Mənə "Hadisə yeri bizdən çox uzaqdadır. Məsələyə müdaxilə edə bilmərik, bu, sizin probleminizdir" dedilər. Şoka düşdüm", - zavallı avtomobil sahibi deyib.
Az sonra ətrafdakılar yardıma gəliblər. 11 nəfər kömək etsə də, ağacı maşının üzərindən qaldıra bilməyiblər.
Belədə ağac uclardan kəsilib və avtomobil üzərində kəsik ağacla 32 km yol qət edərək servisə yollanıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.