Miri Yusif konsert verdi - FOTO

14 İyun 2014 15:43
Milli.Az show.az-a istinadən bildirir ki, ötən gün məşhur müğənni Miri Yusif Yaşıl Teatrda solo konsertlə çıxış etdi.

Müğənni tamaşaçılar qarşısında sevilən mahnılarını ifa edərək öz performansı ilə konsertə gələnlərin alqışını qazanmağı bacarıb.

Konsert zamanı bəzi texniki problemlər yaşansa da, bu, Miri Yusifin ifasına təsir göstərmədi. Son zamanlarda məşhurlaşan "Vicdan" adlı mahnısını ifa edən Yusifin səhnədə gözlərini bağladılar.
Gözlərinə qara parça bağlayaraq mahnısını ifa edən müğənninin konsertindən fotoları təqdim edirik.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.