2064-cü ilə qədər meydandan qovuldu

1 Noyabr 2014 20:26

Hakimin sifətinə bir neçə dəfə topla vurub, başına su tökən Rikardo Ferreyra 50 illik cəza alıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə İsveçrə həvəskarlar liqasının "Portuqal" - "Vorb" oyunu zamanı baş verib.

Rikardo Ferreyra komandası "Portuqal" məğlubiyyətinə dözməyərək hakimə hücüm çəkib. Qəzəblənmiş futbolçu uduzmağın hayfını hakimdən çıxaraq onu topla döyüb.

"Biz bizim liqamızda bu futbolçunu daha görmək istəmirik. Təəssüf ki, biz ildə dəfələrlə belə hadisələrlə rastlaşırıq", - deyə İsveçrənin həvəskar futbol liqasının vəkili Robert Breyter bildirib.

Cəzalanan futbolçunun diskvilifikasiya müddəti 2064-cü ildə başa çatacaq.
 

Milli.Az