Erməni dolmasının Azərbaycan dolmasından nə fərqi var?

1 Noyabr 2014 20:14
Rusiyanın məşhur televiziya və radio aparıcısı və şoumeni Vasili Utkindən mətbuat konfranslarının birində erməni jurnalist "erməni dolmasını" yeyib-yemədiyini soruşub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Utkin sual verib: "Erməni dolmasının Azərbaycan dolmasından nə fərqi var?"

"Ermənilər dolma yeyəndə azərbaycanlılar və türklər hələ o torpaqlara gəlməmişdilər. Bizim dolmanın tarixi milyon ili ötür" - deyə erməni cavab verir.

"Deməli, sizin dolma köhnədir. Yesəm zəhərlənə bilərəm. Ən yaxşısı Azərbaycan kafelərində Azərbaycan dolması yeməkdir" - deyə Utkin ermənini bir daha dolayıb susdurur.

Milli.Az