Əvvəlcə ölüm qrupu adlandırılan D qrupu haqqında. Burda ilk görüşdə Uruqvayla Kosta-Rika gücünü sınadı. 2 Latın Amerikası təmsilçisində favorit ötən DÇ-nin bürünc mükafatçısı uruqvaylılar idi. Bu komanda qalib gəlməklə qrupun sonrakı digər 2 çətin oyununa əla motivasiya ilə çıxmaq istəyirdi. Komandalar indiyədək 8 dəfə qarşılaşıb. Uruqvay 6 dəfə qələbə qazanıb və 2 dəfə heç-heçə qeydə alınıb. Top fərqində Cənubi Amerika təmsilçisi 15:8 öndə idi.
Qrupun digər oyunu isə heç də bu gün baş tutmuş İspaniya - Hollandiya matçından az maraqla gözlənilmir. İngiltərə - İtaliya matçında favorit qismində appeninlilər göstərilsə də, ingilislərdən çox şey gözləmək olar. Tərəflərin indiyədək 24 dəfə üz-üzə gəlib. Bunların 8-də ingilislər, 9-da italyanlar qalib gəlib. 7 matçda isə sülh qeydə alınıb. Ancaq top fərqində ingilislər üstündür - 30:27.
C qrupunun ilk oyunu bu gün keçirilsə də, ikinci oyun isə Bakı vaxtı ilə saat 06:00-da baş tutacaq. Afrika və Asiya təmsilçilərinin görüşündə konkret favorit yoxdur. Ancaq Didye Droqbanın lideri olduğu komanda güclü milliləri də büdrətməyə qadirdir. Bu 2 komanda əvvəllər 3 dəfə qarşılaşıb. 1 dəfə Fil Dişi Sahili, 2 dəfə Yaponiya qələbə qazanıb. Top fərqi isə bərabərdir - 2:2.
Nəhayət günün son qarşılaşması E qrupunun açılış matçı olan İsveçrə ilə Ekvador arasında baş tutacaq. Fransanın favorit göstərildiyi qrupun bu matçında tərəflər öz aralarında II yerin sahibini müəyyənləşdirməyə çalışacaq. Özbəkistanlı və qırğızıstanlı hakimlərin iş başında olduğu ilk görüşdə avropalılarla cənubi amerikalılar tarixlərində ilk dəfə üz-üzə gələcək.
15 iyun
D qrupu
Uruqvay - Kosta-Rika - 1:3
Qollar: Kavani, 23 (pen) - Kempbell, 54; Duarte, 57; Urena, 84
Qırmızı vərəqə: Pereyra, 90+3 (Uruqvay)
Hakim: Feliks Brix (Almaniya)
Fortaleza. "Kastelan" stadionu
Uruqvay: Muslera, Pereyra, Luqano (k), Qodin, Kaseres, Qarqano, Rios, Stuani, Rodriqes, Forlan, Kavani.
Kosta-Rika: Navas, Qonsales, Umanya, Borxe, Duarte, Bolanaos, Kempbell, Ruis (k), Dias, Qamboa, Texeda.
03:00 İngiltərə - İtaliya
Hakim: Byörn Köypers (Hollandiya)
Manaus. "Arena Amazoniya"
İngiltərə: Xart, Conson, Jaqelka, Keyhl, Beyns, Cerrard, Xenderson, Uelbek, Sterlinq, Runi, Starridj.
İtaliya: Siriqu, Kellini, Paletta, Barsali, Darmian, de Rossi, Pirlo, Verratti, Kandreva, Markizio, Balotelli.
C qrupu
06:00 Fil Dişi Sahili - Yaponiya
Hakim: Enrike Osses (Çili)
Resifi. "Arena Pernambuko"
E qrupu
21:00 İsveçrə - Ekvador
Hakim: Rövşən İrmatov (Özbəkistan)
Braziliya. "Nasional" stadionu
Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.
Kolumbiya-Yunanıstan