İran İraqdakı antiterror əməliyyatlarında iştirakını təkzib etdi

14 İyun 2014 09:05
İran xarici işlər nazirliyi "İraq İslam dövləti və Levant" (İİDL) qruplaşmasının yaraqlılarını aradan qaldırılması üçün qonşu İraqda öz qoşunlarının antiterror əməliyyatında iştirakı barədə məlumatları təkzib edib.

Trend RİA Novosti agentliyinə istinadən bu barədə CNN telekanalı məlumat verir.
 

"Biz öz mövqeyimizi aydın ifadə etmişik. Biz İraqda döyüşlərdə iştirak etmirik", - İran XİN-in rəsmi nümayəndəsi Mərziyə Əfhəm telekanala bildirib.

Milli.Az