Daha 1,5 il Nokia ilə

13 İyun 2014 23:53
Microsoft şirkəti Windows Phone və Android ilə işləyən smartfonlarında Nokia brendindən daha 1.5 il istifadə edə bilər. Bu haqda proqram nəhənginin marketoloqları üçün nəzərdə tutulmuş korporasiyanın daxili qeydində bildirilib.

Xatırladaq ki, Microsoft cari ilin aprelində Finlandiyanın Nokia şirkətinin smartfon biznesini satın alıb. Microsoft və Nokia şirkətləri arasında saziş ikili xarakterlə bağlanılıb: Microsoft şirkəti indiki Lumia smartfonlarında Nokia adını yazır, hərçənd Nokianın bu smartfonlarla əlaqəsi yoxdur. Digər tərəfdən, bu smartfonlarda Nokia Here kimi xidmətlər istifadə olunur və bu, Nokia şirkətinə məxsusdur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Microsoftun daxili sənədinə əsasən, Nokia brendi 2015-ci ilin dekabrınadək Lumia və X (Android əsasında) smartfonlarından götürüləcək, amma S40 telefonlarında istifadə olunacaq. Bu halda, Lumia ticarət markası 2015-ci ilin dekabrından sonra da Microsoftun smartfonlarında istifadə ediləcək.
 

Milli.Az