"Niva" Bakıda 72 yaşlı qadını vuraraq öldürdü

13 İyun 2014 11:52

"Niva" markalı avtomobil Bakıda 72 yaşlı qadını vuraraq öldürüb

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 12-si saat 12 radələrində Xətai rayonu Zığ yolunda Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ziya Abbasov idarə etdiyi "Niva" markalı avtomobillə 1942-ci il təvəllüdlü Solmaz Hacıverdiyevanı vurub.

S.Hacıverdiyeva xəstəxanaya aparılıb və orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az