Siyasətçidən açıqlama: ""Mavi"lər daşqalaq olunmalıdır"

12 İyun 2014 21:06

ABŞ-ın Respublikaçılar Partiyasından Oklahoma ştatının yerli konqresinə seçkilərə qatılmış iş adamı Skott Esk seksual azlıqlara fiziki cəzalar verilməsinin tərəfdarıdır.
 

Milli.Az The Huffington Post-a istinadən bildiririr ki, qalmaqal reportyor Rob Morrisin Facebook-da S.Eskin "dost"larından biri ilə ötənilki yazışmasını aşkarlamasından sonra başlayıb.
 

Mühafizəkar "Çay mərasimi hərəkatı"na məxsus olan Esk yaxıb: "Hesab edirəm ki, "mavi"lərin daşqalaq olunması insanların seksual pozuntulara məntiqi reaksiyasıdır".
 

Jurnalistlərin suallarını cavablayarkən S.Esk deyib: "Əhdi-Ətiqdə buyurulanlara istinad edirəm və mənəviyyatın pozulmasından gileyliyəm. Seksual azlıqlar üçün nəzərdə tutulmuş cəzaların ağırlaşdırılmasına hazırlaşmıram. Amma belə məsələlər bələdiyyələr və bölgələr səviyyəsində həll olunmalıdır".
 

Respublikaçı siyasətçilərin əksəriyyəti 2009-cu ildə yaradılmışh mühafizəkar "Çay mərasimi hərəkatı"nın tərəfdarlarıdır.
 

Milli.Az