Milli.Az auto.az-a istinadən bildirir ki, bundan əlavə, müştərilərə eksklüziv konstruksiyalı təkər diskləri və qazburaxma sisteminin fərqli sonluqları təklif ediləcək. "Porsche 911 Stinger GTR"-in debütü avqust ayında Moskva motorşousunda olacaqdır.
Avtomobilin idman xarakterini vurğulayan və onun aerodinamik keyfiyyətlərini yaxşılaşdıran yeni bodi-kit ştutqart kupesinə böyük aşağı dodağı olan qabaq bamper, yan ətəklər, əlavələri olan genişləndirilmiş qanadlar, diffuzoru olan yeni arxa bamper və mühərrik hissəsinin qapağında spoyler verəcək.
Bundan əlavə, avtomobilin xarici görünüşündə bir qədər dəyişilmiş qapılar və karbon kapot görmək olar. Ban işləmələrinin və bəzi hissələrin müxtəlif variantları (məsələn, təkər diskləri) tüninq edilmiş sportkara fərdilik qatacaq.
Milli.Az