Hollivudda Kim Çen In haqda kino çəkildi - VİDEO

12 İyun 2014 13:24
"Sony Pictures Entertainment" şirkəti yeni çəkdiyi "Müsahib" filminin treylerini yayıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, komediya janrında çəkilən filmin qəhrəmanlarından biri Şimali Koreya lideri Kim Çen Indır.

Baş rollarda Set RoqenCeyms Franko çəkilirlər.

Süjetə əsasən, uğurlu jurnalist və tanınmış tok-şounun aparıcısı diktatordan müsahibə üçün Pxenyana yola düşür. Bundan xəbər tutan mərkəzi kəşfiyyat idarəsi jurnalistə diktatoru öldürmək tapşırığı verir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.