Trend komissiyanin rəsmi saytına istinadən bildirir ki, aparılan araşdırmalar zamanı Facebook sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərildiyi məlum olub. Həmin səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də komissiyanın fəaliyyətinə dair təhrif olunmuş, yanlış məlumatlar yerləşdirilir: "Nəzərinizə çatdırırıq ki, TQDK-nın bundan başqa heç bir rəsmi "Facebook" səhifəsi fəaliyyət göstərmir. Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta "Facebook" səhifələrindən istifadə etməyəsiniz".Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Facebook sosial şəbəkəsinin istifadəçilərinə müraciət edib