Yeni klipini təqdim edən müğənni Sevinc Ağaşirinova fotokamera qarşısına keçib
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bir-birindən fərqli pozalar verən ifaçı prodüser Tolikin "prinsessa" titulunun ona verilməsi üçün xalq artisti İlhamə Quliyevaya müraciət etməsi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib:
"Qalmaqal olsun istəmirəm. Tolik mənə qiymət verib, belə bir təklif irəli sürdü. Təbii ki, mən də istəyirəm İlhamə xanım mənə titul versin. Bu, mənim üçün fəxrdir. Lakin bu ad kimlərəsə verilib, başı çox qalmaqallar çəkib. İstəyirəm mənə başqa titul verilsin".
Yay istirahətindən söhbət açan Ağaşirinova bu yay dincəlməyəcəyini qeyd edib:
"Artıq yaydır, hər kəs istirahət planları qurur, dincəlməyə yer axtarır. Mənim isə pulum yoxdur, hamısını klipə sərf etdim. Sponsorum da yoxdur, mən kasıb müğənniyəm. Ona görə istirahətə başqa ölkəyə yollanmayacam".
Milli.Az