Milli.Az ICTnews-a istinadən bildirir ki, Portable SIM kredit kartı ölçüsündədir. Qurğuda Bluetooth və NFC modulları, həmçinin SİM kart üçün konnektor var. Simsiz rabitə vasitəsi ilə smartfonla əlaqə yaradıldıqdan sonra kart operatorun şəbəkəsində autentifikasiya olur - telefonun köməyi ilə zəng etmək və internetdə gəzişmək olar, hərçənd ki SİM kart telefonda deyil, Portable SIM qurğusunda yerləşir.
Təhlükəsizlik baxımından qurğular arasında Bluetooth qoşulma qırılan kimi mobil funksional da bloklanır.
Şirkət Portable SIM qurğusunun çıxarılma tarixi və qiyməti haqda məlumat verməyib.
Milli.Az